Ehtiyatda olan generallar icra başçısı təyin olunsun - YAP-ÇI DEPUTATDAN TƏKLİF

  • By admin
  • 16 Dekabr 2016 15:05

siyavus

 

“Azərbaycan hər an müharibəyə hazır olmalıdır. Çünki dondurulmuş münaqişə odur ki, hər an müharibə alovlana bilər. Bunu aprel döyüşləri də sübut etdi”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı  çıxışı zamanı deyib.
 Onun szölərinə görə,   biz hər  an belə vəziyyətlərə hazır olmalıyıq:
“Azərbaycanda kifayət qədər ehtiyatda olan hərbçi var, lazım olarsa, onlardan istifadə etmək olar. 1990-cı illərdə olan döyüşlərdə vətənpərvərlər ermənilərin qarşısında dayanıb, müqavimət göstərdilər. Onda tam formalaşmış ordu yox idi. Vətənpərvərlər döyüşdü. Belə olmasaydı, ermənilər Kür çayına qədər gəlib çıxacaqdılar. Bu mənada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən yaş həddində olan insanları siyahıya almalıdır. Altı aydan bir onlara təlim keçilməlidir. Əsas döyüşləri müqavilə əsasında çalışanlar aparır. 18 yaşına çatanlar isə xeyli təcrübə keçməlidirlər”.
S.Novruzov mətbuatda ordu ilə bağlı gedən yazılara da ciddi nəzarət olunmasına çağırıb:
“Düzdür, hazırda buna nəzarət var, amma bəzi xaricdən idarə olunan media orqanları məlumatlar yayırlar. Bunun qarşısı alınmalıdır. Müharibə şəraitində olan ölkədə ordu ilə bağlı xəbərlər yalnız Müdafiə Nazirliyinin yaydığı kimi olmalıdır. Digər tərəfdən isə ehtiyatda olan generalların cəbhə bölgələrdəki rayonlara icra başçısı təyin edilməsini təklif edirəm. Vaxtı ilə ulu öndər Heydər Əliyev ehtiyatda olan generalları icra başçısı təyin edirdi. Məhz cəbhə bölgəsinə və yaxud müharibə gedən rayonlarda belə təyinatlar olurdu. İndi də bizim ehtiyatda olan, dövlətinə sadiq xeyli generalımız var. Bu praktikanı yenidən tətbiq etməliyik”.
Mürtəza

Gununsesi.info