Ehud Barak Bakıya gələcək

  • By admin
  • 17 Fevral 2017 10:18

Ehud Barak

İsrailin sabiq Baş naziri Ehud Barak və İsrail Parlamentinin – Knessetin keçmiş prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcək.

Bu haqda Gununsesi.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məluat verilib.

Belə ki,  Ehud Barak “Transatlantik əlaqələrin gələcəyi: Real siyasətə qayıdış” adlı prezident panelində çıxışı nəzərdə tutulub. Panel müzakirələrdə Ehud Barakla yanaşı, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, tanınmış jurnalist, “CNN” telekanalının aparıcısı Farid Zakariyanın iştirakı planlaşdırılır.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir martın 16-17-də olacaq. Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq. Müzakirələrdə dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlər iştirak edəcək.

Forumun işində 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçıları, hökumət rəhbərləri, çox sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlərin iştirakı gözlənilir.

Gülnaz Qənbərli

Gununsesi.info