“Letzte Generation” (“Son nəsil”) radikal hərəkatının ekoloji fəalları Frankfurt am Main hava limanında hava hərəkətini iflic ediblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, təşkilatın altı üzvü uçuş-enmə zolağına çıxıb.
Sonuncu Nəsil fəalları öz bəyanatlarında Almaniya hökumətini “2030-cu ilə qədər neft, qaz və kömürün qlobal şəkildə dayandırılmasını tənzimləyən hüquqi cəhətdən məcburi beynəlxalq müqavilənin formalaşdırılmasına və imzalanmasına kömək etməyə” çağırıblar. Aksiya özü də qalıq yanacaqlardan imtinaya çağıran beynəlxalq etirazın bir hissəsi oldu.
RBC-nin məlumatına görə, fəallar özlərini zolağa yapışdırıblar. Polis onları saxlamaq üçün əməliyyat keçirməli olub. Bir müddət hava limanının fəaliyyəti iflic olub və sərnişinlərdən vəziyyət normallaşana qədər gəlməmələri xahiş edilib. İndi uçuşlar tədricən cədvələ daxil edilir.
Qeyd edək ki, bir gün əvvəl aktivistlər Köln hava limanında analoji aksiya keçiriblər – uçuşlar üç saat dayandırılmalı olub.
Son Nəsil üzvləri Monreal hava limanında növbəti etiraz aksiyası keçirib, burada yükləmə yerinə gedən yola yapışıblar.
Günay
Gununsesi.info