Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçki başa çatıb- SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.

İctimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:

1.    IDEA İB üzvü- Ağayeva Zərxanım Tofiq qızı

2.    “Ekosfera” Ekoloji-sosial Mərkəzin sədri – Sultan-zadə Firuzə Vəhdət qızı

3.    “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İB sədri – Yusifov Elman Fərhad oğlu

4. “Bioloji Müxtəliflik Mərkəzi” İB üzvü- Əsgərov Elşad Köçəri oğlu

5. “Sudan istifadə sahəsində mütəxəssislər” İB üzvü- Məmmədov Amin Fəramiz oğlu

6. “Sağlam həyata doğru” Ekoloji İB İdarə heyətinin üzvü- Abbasov Rövşən Xanış oğlu

7.    “Azərbaycan Kartoqraflar” İB sədri- Bayramov Müqabil Tofiq oğlu

8.    “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İB sədri- İsrafilov Zurab Sabir oğlu

9.    “Azərbaycan qida və içki sənayeçiləri Assosiasiyası” İB sədri – Dostiyari Emin Nadir oğlu

10.    “Azərbaycan Botaniklər Cəmiyyəti” İB üzvü- Abiyev Yusif Tahir oğlu

11.    “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İB sədri- Ağababayeva Tükəzban Nahin qızı

12.    “Qırmızı ürəklər” Fondu vitse-prezident- Poladov Yusif Canəli oğlu

13.    “Gənclərin tərəqqisinə dəstək” İB üzvü- Kərimli Kənan İnqilab oğlu

Qeyd edək ki, seçki prosesinə 2023-cü ilin noyabr ayının 15-dən başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı dekabr ayının 13-dək davam edib.

Xatırladaq ki, ETSN yanında İctimai Şura  2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədlə yaradılıb.

 

 

Gununsesi.info