Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.
Gununsesi.info-nun “Report”a istinadən verdiyi məlumata görə, Söhrab Abbasov ETSN-in Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin Meşəbərpa və meşəsalması sektorunun müdiri vəzifəsinə təyin edilib.
Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Report”a bildirib ki, ETSN-in Meşələrin İnkişafı Departamentinin direktor vəzifəsini müvəqqəti icra edən Xəlil Ramazanov isə əvvəlki kimi nazirliyin Təşkilat protokol şöbəsinin müdiri vəzifəsində işini davam etdirəcək.
Gununsesi.info