VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

22 Sentyabr 2017
21 Sentyabr 2017

18 İyul 2017 - 13:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki işçisinə töhmət verildi- BİRİ QOVULDU

ekologiya

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayonunun meşə ərazisində birgə reyd keçirilib.

Bu haqda nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumatda bildirilib.

Reyd zamanı Ağzıbir meşəbəyliyinin 3 saylı dolayında hündürlüyü 2 metr olan 260 ədəd çətənə kolu aşkar edilib və narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ağzıbir kənd sakini Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Narkotik xassəli çətənə bitkiləri kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil etdiklərinə və işlərində nöqsanlara yol verildiklərinə görə Ağzıbir meşəbəyliyinin 3 saylı meşə dolayı gözətçisi Məsim Seyidov tutduğu vəzifədən azad edilib, meşəbəyi Nofəl Ələsgərov və meşə mühafizə mühəndisi Yasin İslamova isə töhmət verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.

Anar

Gununsesi.info




loading...
Loading...