Ekoloji terror mütləq qınanılmalıdır - Deputat

Azərbaycanın tarixi torpaqları uzun müddət ərzində işğal altında qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən iclasında Komissiyasının sədri Əhliman Əmiraslanov bildirib.

HTML tutorial

“Bu illər ərzində Ermənistan tərəfi həmin ərazilərdə ekoloji terror törədib. Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdikdən sonra da ermənilər ekoloji terrora əl atıb. Bu gün TÜRK PA-nın iclasında ümid edirik ki, üzv dövlətlər Ermənistanın bu qeyri-konstruktiv davranışına münasibət bildirəcək. Digər dövlətin ərazisində ekoloji terrorun törədilməsi mütləq qınanılmalıdır”,- deyə o qeyd edib.

Gununsesi.info