Ekoloqlar həyəcan təbili çalır – NEFTÇİLƏRİN HÜQUQLARININ MÜDAFİƏ TƏŞKİLATINDAN NEFT ŞİRKƏTLƏRİNƏ DAİR ŞOK FAKTLAR

  • By admin
  • 22 Fevral 2018 14:20

Neft şirkətlərinin ekologiyaya vurduqları zərərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 377.7 min manat cərimələniblər.

Gununsesi.info bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının 2017-ci il hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, aparılan monitorinqlər və qiymətləndirmələr təsdiq edir ki, hasilat zamanı ətraf mühit ciddi təsirlərə məruz qalır. Bu zaman həm ölkə qanunvericiliyi, həm də ölkənin qoşulduğu müxtəlif Konvensiyyalar pozulur

Neft şirkətlərinə 2015-2017-ci il üzrə tətbiqi olunan cərimələr nəzərə yetirdikdə, ildən-ilə artıdığını görə bilərik.

NHMT-nını  ekspertləri bildirir ki, bu həm də risqə məruz qalan ərazilərdə yaşayan əhalinin sağlamlığına ciddi təsir edir. Bu təsirin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirilməsi üçün NHMT eksperti tərəfindən ölkənin 5 rayonunda müqayisəli qiymətləndirilmə aparıb. Qiymətləndirmə neft layihələri reallaşdırılan üç rayonda (Salyan, Neftçala və Şirvan) və neft layihələri reallaşdırılmayan iki (Ağcabədi və Ucar) rayonda aparılıb. Qiymətləndirmə zamanı, neft layihələri reallaşdırılan rayonlarda yaşayan əhalinin sağlamlığı ilə, başqa rayonlarda yaşayan əhali sağlamlığı arasında çox ciddi fərq olduğu aşkar olunub.

Seçilmiş rayonlarda 4 Əməliyyat şirkəti: “Salyanoyl” ƏŞ, “Global Energy Azerbaijan Group” (“GEA”) məxsus   “Karasu” Operating Company, “Neftechala” Operating Company və “Shirvan” Operating Company fəaliyyət göstərir.

Məlum olub ki, Salyan rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı Ağcəbədi rayonuna nisbətən  268 dəfə coxdur. Neftcala rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәr miqdarı Ucar rayonuna nisbətən 2 dəfə, Şirvan rayonunda isə Ucar rayonuna nisbən 108 dəfə coxdur.

Orta hesabla Salyan rayonunda adambaşına 84,7 kq. atmosfer havasına atılan çirklәndirici maddәlәr düşür, halbuki Azərbaycan üzrə adam başına 11 kq düşür. Müqayisə etdiyimiz Ağcəbədi rayonunda bu göstərici 0,33 kq. təşkil edir. Neftçala rayonunda 1,25 kq, Şirvan şəhərində 75,5 kq və Ucar rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәrin adambaşına düşən miqdarı 0,68 kq-dır.

Beləliklə, statistik məlumatlarin təhlili gostərdi ki, neft və qaz hasilati regionlarında (Salyan, Neftçala,Şirvan) stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirıcı maddələrin və atılan çirkab suların həcmi diqər rayonlarla müqayisədə yüksəkdir. Bu isə bu bölgələrdə insan sağlamlığına ciddi fəsadlar yarada bilər. Araşdırmalar zamanı aydın olur ki,  Salyan rayonunda tənəffüs orqanlarının xəstəlikləri qeydə alınmış insanların sayı 11603 nəfərdır, Ağcabədi rayonunda 2361 nəfərdir. Bu isə təxminən 5 dəfə azdır. Qan dövranı sisteminin xəstəlikləri  Salyan rayonunda  3789 nəfərdə qeydə alınıb, Ağcabədi rayonunda isə 813 nəfərdə, bu isə 4,6 dəfə aşağıdır.

Vüsalə Rüstəmova

Gununsesi.info