Ekosistemin çökməsi ilə bağlı dünyaya həyəcan təbili – Yeni neft borusu fəlakət gətirə bilər

  • By admin
  • 10 Aprel 2023 11:07

Yabanı həyatın itkilərini tərsinə çevirmədikcə ekosistemin çökməsi “qaçınılmazdır”.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  elm adamları Perma-Trias kütləvi yox oluşunu analiz edərək ekosistemlərin anidən devrilə biləcəklərini kəşf ediblər. Dünya tarixindəki ən böyük kütləvi yox olmaları təhlil edən alimlərin tapıntılarına görə, vəhşi yaşamın sabit bir şəkildə yox edilməsi birdən-birə tam bir ekosistemin çökməsinə dönə bilər. Bir çox elm adamları bio çeşidlilikdəki mövcüd çox böyük itkilərin yeni bir kütləvi qırğının başlanğıcı olduğunu düşünür. Ancaq elm adamları yeni araşdırmanın itkilər tərsinə çevrilməzsə, toplam ekosistem çöküşünün “qaçınılmaz”” olduğunu göstərməsini söyləyirlər.

Bununla bağlı AVAAZ-ın dünya insanlarına müraciəti yayılıb.

Müraciətdə deyilir: “Şərqi Afrikadan keçən dünyanın ən pis boru kəmərinin qarşısını almaq üçün birləşəcəyik. O, minlərlə ailəni köçürəcək, qorunan meşələri parçalayacaq və 1,4 MİLYARD barrel nefti buraxacaq. Növbəti 2 ay kritikdir. Biz səhmdarların yığıncaqlarına müdaxilə edəcəyik, güclü etirazları gücləndirəcəyik və onun tikintisi ilə məhkəmədə mübarizə aparacağıq. Ancaq bir epik döyüşə başlamaq kifayət deyil. Beləliklə, biz də yeni Amazon müdafiəsi üçün yüksələcəyik və hökumətləri radikal iqlim fəaliyyətinə məcbur edəcək tarixi bir iddia qaldıracağıq. Bu bir məhkəmə işi mübarizəmizi heç vaxt olmadığı qədər sürətləndirə bilər”.

Xatırladaq ki, AVAAZ iqlim dəyişikliyi, insan haqları, yoxsulluq, heyvan haqları kimi mövzularda qlobal aktivliyi dəstəkləyən 2007-ci ildə qurulmuş ABŞ mərkəzli maliyyə istəyi güdməyən qurumdur.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info