Ekpsertlər hökumətə problemli kreditlərdən xilas olmaq üçün güzəştin vacibliyini təklif edir

Ekpsertlər hökumətə problemli kreditlərdən xilas olmaq üçün güzəştin vacibliyini təklif edir

Azərbaycanda  prbolemli kreditlər məsələsi getdikcə daha da  mürəkkəbləşməkdədir. Belə ki, problemli kreditlərin  həcmi azalmaq əvəzinə artmaqdadır.  Xüsusən də xarici valyuta ilə götürülən  kreditlərin qaytarılmasında ciddi problemlər  mövcuddur. Baxmayaraq ki, deputatlar, ekspertlər və hətta  hakimiyyət rəsmiləri  adı çəkilən problemin həlli ilə bağlı təkliflər səsləndirsə də, indiyədək bu istiqamətdə hər hansı ciddi addım atılmayıb. Problemli kredit  məsələsinin həll olunması isə bank-maliyyə sektorunda ciddi sorunlar yaratmaqdadır.
Problemli kreditlərlə bağlı Gununsesi.info-ya açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki,  problemi həl etmək üçün mütləq güzəşt mexanizmi ttəəbiq edilməlidir, əks təqdirdə bu ciddi fəsadlara yol aça bilər.
 Problemli kreditlərin həlli mexanizmi ilə bağlı təklifini səsləndirən V. Bayramov deyib ki,  güzəşt mexanizmi üç tərəf, yəni müştəri, dövlət və bank arasında  bölüşdürülməlidir: “Götürülən kredin 3/1-ni müştəri, 3/1-ni bank və 3/1-ni dövlət ödəməlidir. Bu ən optimal variantdır.Yəni müştəri  xarici valyuta olan krediti dolların indiki krusu 1,7 manatla deyil, 1,08 manatla ödəyir. Bununla da müştəri 62 qəpik güzəşt əldə etmiş olur. Yerdə qalan fərq isə bankla dövlət arasında bölüdürülür. Bu zaman nə banka, nə də dövlətin  üzərinə ağır yük düşmür.  Bu formadam güzəştin tətbiqi problemli kreditlərin həllində ən uyğun modeldir. Güzəşt olmadan problemli kreditlərin həlli həddən artıq  çətin və yaxud da  mümkün deyil”.
Digər variant kimi V. Bayramov  hesab edir ki, ABŞ-da daxil olmaqla  digər inkişaf etmiş ölkələrdə olduğu kimi  problemli kreditlət və toksit aktivlər  səhmləşdirilərək bazara çıxarılmalıdır. “Lakin burada da problemlər mövcuddur. Azərbaycanda qiymətli kağızlar bazarı zəif inkişaf etdiyindən və toksit aktivlərin  satışı ənənəsi zəif olduğundan, bu mexanizmin tətbiqi problemli görünür. O baxımdan da ən optimal və sadə mexanizm elə problemli kreditlərlərlə bağlı  güzəştin tətbiq olunması və bu zaman məsuliyyətin müştəri, bank və  dövlət arasında bölüşdürülməsidir. Bu  vacibdir. Güzşətin tətbiq edilməsi həmçinin həm bank sektronun sağlamlaşdırılması baxımından da önəmlidir”- deyə, ekspert vurğulayıb.
Problem həll olunmayacağı təqdirdə bunun hansı fəsadlara yol aça bilcəyindən danışan V.Bayramov deyib ki, yuxarıda  söylədiyim kimi ilk növbədə bank sektorunun sağlamlaşmasına ciddi maneə yaradacaq və bu sahənin sağlamlaşdırılması çətin olacaq:
“Bank sektorunun sağlamlaşdırılması problemli kreditlərin həllindən asılıdır. Ona görə də hökümət  problemli kreditlərin həlli istiqamətində ciddi addımlar atmalıdır”.
Millət vəkili Əli Məsimli Gununsesi.info-ya  açıqlamasında  deyib ki, artıq problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğrü gedir: “Hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir. Vəziyyətin yaxşılaşdırılması istiqamətində sanballı addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da ciddiləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Bu əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu sahədəki problemlərin həll olunmaması ölkədə iqtisadi fəallığın artması qarısında da ciddi  maneəyə çevrilib”.
Millət  vəkili  deputat həmkarı Vahid Əhmədovla birlikdə mövcud problemin həlli ilə bağlı Tədbirlər Paketi hazırlayaraq aidiyyatı orqanlara təqdim etdiyini də bildirib:
“Bizim verdiyimiz təkliflər xarici valyutada olan kreditlər ətrafında yaranmış problemin kəskinliyini xeyli azalda bilər. Təklifə əsasən dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünür. 5000 dollara qədər – imkan olsa, 10 000 dollar – olan borcların 1dollar = 1,05 manatdan, ondan böyük məbləğlər 1 dollar = 1,20 – 1,30 manat intervalında olan məzənnə ilə qaytarılmasıdır.
Biz həmçinin  “Fiziki şəxslərin müflisləşməsi haqqında” qanunun qəbul edilməsini, şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlanmasını təklif edirik. Problemli kreditlərin xeyli hissəsi ümidsiz kreditlərdi, yəni qaytarılması mümkün olmayacaq. Məsələyə bu baxımdan yanaşıldıqda dollarla olan kredit borclarının bir hissəsinin kompensasiya və silinməsi variantlarına da getmək olar. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməlidir. Bu yolla  bankların fəaliyyətinin normallaşdırmaq olar”.
Mürtəza
Gununsesi.info
 

COMMENTS