Ziya Məmmədovun villasındakı yanğında iki azyaşlı uşağ xəsarət alıb - DİN-DƏN RƏSMİ AÇIQLAMA

  • By admin
  • 20 Fevral 2018 14:54

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bildirilən evdə baş verən  yanğınla bağlı məlumat yayıb.

Gununsesi.info bildirir ki, məlumata əsasən, fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları – Ömər və Zeynəb xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.

Gununsesi.info