Eks-prezident: Qorxurlar ki, “Maydan hərəkatı”ndakı həqiqət ortaya çıxar

  • By admin
  • 25 Noyabr 2016 17:36
yanukovic
 
Kiyev məhkəmsi  eks-prezident Viktor Yanukoviçin 2014-cü il Maydan hərəkatı ilə bağlı  noyabrın 25-də məhkəmədə verəcəyi  ifadəni təxirə salaraq,  noyabrın 28-nə təyin etməsi qarşı tərəfin qəzəbinə səbəb olub.
Gununsesi.info UNİAN-a istiandən xəbər verir ki, Kiyev məhkəməsi sabiq prezidentdən bu gün videokonfrans vasitəsi ilə ifadə almaq istəsə də, sonda məhkəməni aparan sədr  prosesi təxirə salaraq noyabrın 28-nə təyin edib.
Buna baxmayaraq, Viktor Yanukoviç məhkəmədən bu gün  videokonfrans vasitəsi ilə  ifadə verməyi tələb edib.
V. Yanukoviç bildirib ki, onun ifadə verməyilə bağlı vaxtı qəsdən və düşünülmüş şəkildə edirlər. “Bunu düşünülmüş şəkildə o adamlar  edirlər ki, onlar həqiqəti eşitmək istəmirlər. Ona görə  mən sizlərdən xahiş etdim ki, istənilən halda məhkəmə prosesi bu gün keçirilsin. Bu, vacib məsələdir.  O baxımdan da, mən köməkçilərim vasitəsi ilə  keyfiyyətli videogörüntünün alınması məqsədi ilə Rostov məhkəməsində bütün işləri görmüşdük”- deyə, eks-prezident V. Yanukoviç vurğulayıb.
V.Yanukoviç onu da əlavə edib ki, onlara təxribat olacağı ilə  də bağlı xəbərdar etdilər: “Çünki mənim verəcəyim ifadə  Kiyevdə bir sıra insanlarda vahimə yaradıb. Ona görə də onlar hər vasitə ilə məhkəmənin təxirə salınmasına çalışdılar. Onlar qorxurlar ki, “Maydan hərəkatı”ndakı cinayətindəki həqiqətlər ortaya çıxar”.
 
Hazırladı Mürtəza 
Gununsesi.info