
Cənubi Afrika Respublikasında iğtişaşlar davam edir.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezident Ceykob Zumanın həbsi azı 350 nəfərin ölümünə səbəb olub.
Etirazçılar eks-prezidentin azad olunmasını tələb edir. Zuma məhkəmə orqanlarına hörmətsizlik ittihamı ilə 15 ay müddətinə azadlıqdan məhrum edilib.