Eks təhsil naziri: "Gülənçiləri" Azərbaycan təhsil sisteminə buraxmadım"

  • By admin
  • 02 Avqust 2016 14:43

firu

“AXC hakimiyyəti dövründə Gülənçilər “nurçular” adı ilə ölkəyə gəlirdilər. Mən də bunlara imkan vermədim. Sonra gedib adlarını dəyişdilər və Çağ Öyrətim Şirkəti adı ilə gəldilər. Guya adı dəyişməklə məni aldada biləcəkdilər. Mən yenə də bu şirkəti Azərbaycan təhsil sisteminə buraxmadım”.

Gununsesi.info-nun “Teleqraf.com”-a istinadən məlumatına görə, bunu müsahibəsində sabiq təhsil naziri Firudin Cəlilov deyib.

“Sonra gedib məndən prezidentə şikayət etdilər. Hətta üstümə dost-tanışlarımı göndərirdilər. Lakin mən geri çəkilmədim. Hətta bu mövzuda Fətulla Gülənlə mübahisə etdim”- deyən eks nazirin sözlərinə görə, o, həmin vaxt  Fətullah Gülənlə axşam saatlarından səhərə qədər mübahisə edib.

“Görüş haqda təklif də Güləndən gəlmişdi. Biz Ankarada səfərdə idik. Fətullah Güləndən təklif gəldi ki, görüşüb müzakirələr aparaq. Mən də bilirdim ki, bu görüşə tək getsəm, bunu Türkiyə və Azərbaycanda əleyhimə istifadə edə bilərlər. Odur ki, professor Vaqif Aslanovu və AMEA-nın sabiq prezidenti, akademik Eldar Salayevi özümlə götürdüm. Və bu dostların iştirakı ilə görüş baş tutdu, axşamdan səhərə qədər mübahisə etdik. Eldar Salayev  bu işin canlı şahidi olub. Bunlar deyirdi ki, bizə icazə verin, gəlib Azərbaycanda məktəb və universitetlər açaq”- deyə, F. Cəlilov daha sonra qeyd edib.

Gununsesi.info