Ekspert: “Hökümətin kəskin devlavasiaya getməsi istisna deyil”

  • By admin
  • 03 Sentyabr 2016 10:20
samir
Azərbaycanda növbəti kəskin devalvasiya istisna deyil və bunu şərtləndirən amillər də mövcuddur.
Bunu Gununsesi.info-ya açıqlamasında maliyyə eksperti Samir Əliyev deyib.
Onun sözlərinə görə, manat artıq son üç ayda dəyərini 10 faiz itirib və bu proses hələ belə də, davam edəcək. “Düzdür hökumət  devalvasiyanın yuşmaq formada keçidinə üstünlük verir və çalşacaq ki, proses elə belə də davam etsin”- deyə, ekspert vurğulayıb.
O əlavə edib ki,  hökumət buna nail ola biləcək ya yox, bunu zaman göstərəcək. “Ancaq onu deyə bilərm ki, manatın ucuzlaşması davam edəcək. Kəskin devalvasiyay gəldikdə isə bunu şərtləndirən bir sıra amillər var. Belə ki, dünya bazarında neftin qiymətinin aşağı enməsi bunu şərtləndirə bilər. Ölkədə maliyyə panikası, ölkədə siyasi gərginlik, FED-in dolların uşot dərəcəsini qaldırması devalvasiyan şərtləndirən amillərdir”- deyə, o bildirib.
Ekspert hesab edir ki, Azərbaycan hökuməti manatın ucuzlaşmasının alıb almayacağı sual altındadır və bunu zaman göstərəcək: “Belə xoşagəlməz halların qarşısını almaq üçün Neft Fondudnun ehtiyatları  istifadə edilməlidir. Ancaq hökumət buna getməyəcək. Nə qədər bacarır, calışacaq  devalvasiya yumşaq formada  həyata keçsin. Yox əgər  maliyyə bazarına nəzarət etməyi bacarmayacaqsa, o zaman keçən dəfəki kimi kəskin devlavasiaya getməyə məcbur olacaq. Bunu zaman göstərəcək”.
Mürtəza 
Gununsesi.info