Ekspert: “İran anlayır ki, Azərbaycan Cənubi Qafqazda liderdir”

  • By admin
  • 21 İyun 2021 12:38

İran İslam Respublikası Ali Məhkəməsinin sədri Seyid İbrahim Rəisi İranda keçirilən on üçüncü prezident seçkilərində qalib gəldi. Səsvermədə 28 milyondan çox insan iştirak edib, onlardan təxminən 17 milyon seçici İbrahim Rəisiyə səs verib.

Bəs İbrahim Rəisinin seçilməsi İranın və Vətən müharibəsində Azərbaycanın qələbəsi ilə bağlı mühüm hadisələrin baş verdiyi Cənubi Qafqaz regionunun xarici siyasətinə necə təsir göstərəcək?

Gununsesi.info xəbər verir ki, Caliber.Az bu barədə “Valday” Beynəlxalq Diskussiya Klubunun eksperti Fərhad İbrahimovla danışıb.

Politoloqun sözlərinə görə, İran mühafizəkarları onlarla necə münasibət göstərilməyindən asılı olmayaraq, onlarla şantaj dilində danışılmadığı təqdirdə, əslində kifayət qədər razılığa gəlinə bilinən siyasətçilərdir.

“Azərbaycan İranla normal münasibətlər saxlayır. Mühafizəkarlar arasında bir çox Azərbaycan əsilli ayətullahlar var ki, ölkəmizə böyük rəğbət bəsləyirlər. Birincisi, onlar özləri azərbaycanlıdırlar. İkincisi, bu, praqmatizmdir”, – deyə müsahib qeyd edib.

Ekspert bildirib ki, iranlı mühafizəkarlar Azərbaycanın Cənubi Qafqaz bölgəsində aparıcı qüvvə olduğunu yaxşı bilirlər, İranın nəzarətində olan KİV-lərdəki nəşrlərə baxsaq, onlar bunu etiraf edirlər.

“Bakı Cənubi Qafqazın aparıcı oyunçusudur, onunla dost olmaq lazımdır. Azərbaycanla dostluq Türkiyə, Rusiya və s. ilə münasibətləri yaxşılaşdırmaq imkanı verir. Mühafizəkarların “Altı tərəfli platforma”ya (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) etirazları yoxdur, bunu iqtisadi və siyasi baxımdan faydalı hesab edirlər”, – deyə o bildirib.

Müsahib hazırda Tehranın qonşuları ilə çox yaxşı münasibətlərə ehtiyacının olduğunu vurğulayıb.

“İran anlayır ki, Qərblə razılığa gələ bilməyəcəkləri təqdirdə, yalnız Cənubi Qafqazda deyil, Orta Asiyada da güclü qonşulara diqqət yetirməli olacaqlar. Beləliklə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya – bunlar prioritet olacaq. Yeri gəlmişkən, mühafizəkarlar İranın Avrasiya İqtisadi Birliyinə ən azı müşahidəçi qismində qoşulmağa qarşı deyillər”, – deyə F.İbrahimov sözlərini yekunlaşdırıb.

Gununsesi.info