

Banklar daha çox gəlir əldə etmək üçün dolları “qara bazar”-a yönəldir.
Bunu Gununsesi.info-ya açıqlamasında maliyyə eksperti Samir Əliyev bankların dollar satışını həyata keçriməməsinə aydınlıq gətirərkkən deyib.
Onun sözlərinə görə, banklara dollar satışını heç kim qadağan edə bilməz. “Banklar Azərbaycan qanunvericiliyinə uyğun olaraq dollar sata bilər və ya satmaz. Bu bankın öz hüququna aid məsələdir. Ancaq bankların dollar satmamasına gəldikdə isə deyə bilərəm ki, bunun əsas səbəbi ölkədki dollar qıtlığıdır. Çünki banklar dollar tapa bilmir. əlində olan dolları isə Mərkəzi bankn müəyyən etdiyi 4 faizlik marja ilə satmaq istəmir. Banklar əllərindəki dolları “qara bazar”-a yönəltməklə daha çox qazanc götürməyə çalışırlar”- deyə, S.Əliyev vurğulayıb.
Ekspertin fikrincə, nə qədər ki, ölkədə dollar qıtlığı hökm sürür bu cür problemlərlə rastlaşacağıq. “Belə halların yaşanmaması üçünsə dollar qıtlığını aradan qaldırmaq lazımdır. Çünki bu gün Azərbaycanda dollara tələbat çox böyükdür. Bu gün Azərbaycana ayda təqribən bir milyard civarında dollara ehtiyac var. Ancaq Neft Fondu bazara ayda haradasa 400-450 milyon dollar buraxır. Bu da tələbətdan iki dəfə aşağıdır. Təkcə idxalat üçün 600-700 milyon dollar lazm olur”- deyə, ekspert qeyd edib.
Mürtəza
Gununsesi.info