“Ekstradisiya haqqında” Avropa Konvensiyası təsdiq edildi

  • By admin
  • 11 Oktyabr 2022 12:23

Milli Məclis “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə məsələni müzakirəyə çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə deputat Nizami Səfərov məlumat verib.

Deputat deyib ki, Konvensiya 1957-ci ildə qəbul edilib, 1960-cı ildə qüvvəyə minib. Əsas məqsəd iştirakçı dövlətlər üçün barəsində məhkəmə qərarı çıxaran şəxsin verilməsidir. Azərbaycan bu konvensiyanın Dördüncü Əlavə Konvensiyasına da qoşulub.

Qeyd edək ki, Azərbaycan bu Konvensiyaya şərtlə qoşulur. Azərbaycan-Ermənistan arasında münasibətlər tam düzələnə qədər bu sənəd iki ölkə arasında əsas kimi götürülməyəcək.

Gununsesi.info