Ekstrasens Zirəddin Rzayevi it dişləyib - VİDEO

  • By admin
  • 07 Sentyabr 2017 18:48

df635c58c6c7c16f9e0cf7d5b1fc53b0_XL

Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayevi it dişləyib.

Gununsesi.info xəbər verir ki, məşhur ektrasens qonşu itinin hücumuna məruz qalıb. O, əl və ayaqlarında dərin yaralar alıb. Köməyə gələn vətəndaşlar Z.Rzayevi təcili xəstəxanaya aparıblar. O, hadisənin təfərrüatlarını belə izah edib:

“Məni küçədə ağızlığı olmayan qonşu iti dişləyib. Rotveyler cinsindən olan itimlə gəzirdim. Küçə itləri onun üzərinə hücum etdilər. Onlar əlimi və ayaqlarımı dişlədi, indi yaralara tikiş atılıb. Rotveylerim də xəsarət alıb. Qonşumu məhkəməyə verəcəm və təzminat tələb edəcəm ki, bundan sonra öz itini bir də həyətə ağızlıq olmadan buraxmasın”.

 

Gununsesi.info