Ekvadorda 6,9 bal gücündə zəlzələ: Ölənlər var

Ötən gün Ekvadorda  6,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.

HTML tutorial

Xəsarət alan insanların sayının 126-ya çatdığı, 13 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Gununsesi.info