Milli Məclisin növbəti plenar iclasında deputat Fazil Mustafa Hesablama Palatasının hesabatında nöqsan kimi xarakterizə olunan faktlara diqqət çəkib.
Gununsesi.info-nun xəbərinə görə, deputat bildirib ki, Beynəlxalq Bankda mənimsənilmiş böyük vəsaitlərin heç biri büdcəyə qaytarılmayıbsa, Palatanın gördüyü işlərlə qane ola bilməzlər:
“Sənəddə bu faktların sadəcə, bir nöqsan olaraq göstərməyin nə mənası var? Bizi daha çox maraqlandıran nəticədir. Dövlət vəsaitlərinin büdcəyə qaytarılması üçün daha ciddi addımla atılmalıdır”.
F.Mustafa qida təhlükəsizliyi məsələsində hökm sürən vəziyyətə də diqqət çəkib:
“Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi. Kəsib lülə-kabab şəklində restoranlarda vətəndaşlara yedirirlər. Bu, hansısa məmurun vəsaitlər qazanması müqabilində baş verir. Yaxud, adi Xəzər dənizinin balığına da vətəndaş həsrət qalıb. Mal-heyvanı, nefti-qazı başa düşdük. Bu balığa ki, ot, yem verilmir.
Elə qiymət qoyurlar ki…Bu ökədə yaşayan vətəndaş da heç olmasa o kürüdən bir qaşıq yeyə bilməlidir, axı… Heç olmasa, bu sahədə qiymətlərə nəzarət etmək lazımdır”.
KAMİL
Gununsesi.info