Ələsgər Əhmədoğlu Avropa Məhkəməsinə şikayət edib

  • By admin
  • 25 Mart 2024 18:42

 

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Ələsgər Məmmədlinin qardaşı – siyasətçi Nəsimi Məmmədli bildirib.

Nəsimi Məmmədli deyib ki, istintaq təcridxanasında saxlanılan qardaşı Xətai Rayon Məhkəməsinin onun barəsində çıxardığı 4 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarından şikayət verib:

 

Ələsgər Məmmədli qətimkan tədbirinin ev dustalığı ilə əvəz olunmasını tələb edir. Həbsdə olması onda aşkar olunmuş şişlərin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi məqsədilə həkimlərin tövsiyə etdiyi müayinələri tamamlamasına imkan vermir. Ələsgər qanuna zidd əməl törətməyib, buna görə də onun əleyhinə istifadə oluna biləcək ifadə verməmək hüququna uyğun olaraq ifadə verməkdən imtina edib” – Nəsimi Məmmədli bildirib.

AİHM-yə təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar işə təcili baxılmasını nəzərdə tutan 39-cu maddəyə uyğun olaraq şikayət verilib.

 

“İstanbul Hospital”ın həkimləri martın 8-də saxlanılan Ələsgər Məmmədlinin müxtəlif orqanlarında şişlər aşkar ediblər. Ən böyük – 22 mm-lik şiş qalxanabənzər vəzidə tapılıb. Klinikada aşkar edilmiş şişlərin biopsiyasını tövsiyə ediblər. Lakin istintaq təcridxanası şəraitində belə bir təhlili aparmaq mümkün deyil.

 

“Penitensiar Xidmətin xəstəxanasında lazımi avadanlıq yoxdur” – deyə Nəsimi Məmmədli bildieleerib.

Xatırladaq ki, martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Ələsgər Məmmədli həbs edildiyi gün onun mənzilində axtarış aparılıb, polis 7300 avro tapıldığını bildirib.

 

Gununsesi.info