
Tanınmış ictimai xadim Osman Gündüz “Toplum TV İşi” çərçivəsində dünən həbs edilən media eksperti Ələsgər Əhmədoğlunun müdafiəsinə qalxıb.
Gununsesi.info bildirir ki, Osman Gündüz bununla bağlı sosial şəbəkə hesabında qeyd yazıb.
Həmin qeydləri təqdim edirik:
“Uzun müddət yaxından tanıdığım media eksperti Ələsgər Məmmədlinin saxlanıldığını eşitdikdə həm təəccübləndim, həm də çox təəssüf etdim.
Peşəkar hüquqşünas olan, ölkədə medianın və internetin inkişafında xidmətləri olan Ələsgər bəy peşəkar tənqidçi olmaqla bərabər həm də vətənpərvər idi, dövləti və dövlətçiliyi həmişə öndə tutmağı bacarırdı.
Düşünürəm ki, onun hansısa bir qanun pozuntusuna yol verəcəyi ağlasığmazdır.
Bildiyim qədər son zamanlar həm də xəstəlikləri ilə bağlı müalicə alırdı, səhhətində ciddi problemləri olduğu bildirilir.
Ümid edirəm onunla bağlı araşdırmalar həbs qəti imkan tədbiri olmadan aparılar.
İnanmaq istərdim ki, ölkəmiz və cəmiyyətimiz üçün çox faydalı olan Ələsgər bəylə bağlı ədalətli araşdırmalar aparılacaq və tezliklə sərbəst buraxılacaq”.
Şəbnəm
Gununsesi.info