“Qubad İbadoğlunun səhhəti ilə bağlı ev dustaqlığına buraxılması xoş xəbərdir. Ancaq bu onun pozulan azadlıq hüququnun tam bərpası deyil. İndi o müalicəsini doğmaları və həkimlərinin yanında daha keyfiyyətli və təhlükəsiz şəkildə həyata keçirəcək. Ona can sağlığı arzulayır, yaxınlarına və övladlarına isə gözaydınlığı verirəm”.
Gununsesi.info bildirir ki, bunu hüquq müdafiəçisi Anar Məmmədli Qubad İbadoğlunun azadlığa çıxması xəbərinə münasibətində deyib.
Anar Məmmədli daha sonra əlavə edib:
“Madam ki, Azərbaycan hakimiyyəti təqsirləndirilən şəxsin səhhətini nəzərə alıb həbs qəti-imkan tədbirini ev dustaqlığına dəyişə bilir, eyni təcrübəni sağlamlıq problemi olan digər siyasi məhbuslara münasibətdə də tətbiq edə bilər. Məsələn, Ələsgər Məmmədli, Ruslan izzətli, Afiəddin Məmmədov ev dustaqlığına buraxıla bilər”.
Gununsesi.info