“Toplum Tv”nin təsisçisi Ələsgər Məmmədli həbs edilib.
Gununsesi.info-nun məlumatına görə, Xətai Rayon Məhkəməsi istintaq orqanının təqdimatını əsaslı hesab edib.
Hakim media ekspertinin istintaq dövrü müddətində həbsdə qalmasını uyğun bilib.
Qərara əsasən Ə.Məmmədli haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bir azdan eyni məhkəmədə III Respublika Platformasının üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılacaq.
***
Ruslan İzzətli barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Toplum Tv” və III Respublika Platformasının fəaliyyəti ilə bağlı istintaq aparılır.
Cinayət məsuliyyətinə cəlb edilənlərin hər biri qaçaqmalçılıqda ittiham edilir.
Gununsesi.info