“Elə saytlar var ki, ayda bir məlumat yerləşdirir” – Əhməd İsmayılov

  • By admin
  • 12 Yanvar 2023 13:48

Gündəlik 20 xəbər məsələsi çox müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, bunu Medianın İnkişaf Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov qurumun ötən ilin yekunlarına dair hesabat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Elə saytlar olur ki, ay ərzində bir məlumat yerləşdirir. Təbii ki, bu, düzgün deyil. Minimum 20 xəbər olmalıdır. Ötən günlərdə müzakirə olunanda gördük ki, Türkiyədə bu tələb daha çoxdur. 20 xəbər tələbinin aşağı salınması gözlənilmir”, – deyə MEDİA rəhbəri vurğulayıb.

Gununsesi.info