Mərhum Əbülfəz Elçibəy Prezident olarkən onun müşaviri işləmiş, AXCP-nin keçmiş funksionerlərindən Ülvi Həkimov Azərbaycan İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Gununsesi.info-nun məlumatına görə, hazırda Ukraynanın Bağcasaray şəhərində yaşayan Ülvi Həkimov Prezidentə yazdığı təbrik məktubunda bildirib:
“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Suveren Azərbaycanın bütün ərazilərində keçirilmiş Prezident seçkiləri ilə bağlı Sizi və xalqımızı ürəkdən təbrik edirəm. Fəliyyətinizin yeni dövrü xalqımız və dövlətimiz üçün xeyirli olsun!
Bu seçkilərdəki qalibiyyətiniz dünyadakı bütün azərbaycanlılar üçün bayrama çevrildi. Biz harada yaşasaq da Sizinlə fəxr edir, Sizə güvənirik.
Bir daha Müzəffər Prezident kimi qalibi gəlməyiniz münasibətilə Sizi təbrik edir, cansağlığı, ailə səadəti və yenui uğurlar arzulayıram.
Dərin hörmətlə,
Həkimov Ülvi Mürsəl oğlu”.