Elçibəyin əkiz nəvələrinin şəkli yayıldı -FOTO

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sosial şəbəkədə əkiz övladlarının şəkillərini paylaşıb.

Gununsesi.info xəbər verir ki, uşaqlardan biri oğlan, digəri qızdır.

Əkizlər bu il martın 26-da dünyaya gəlib. Bakı Sağlamlıq Mərkəzində vaxtından əvvəl doğulan körpələr bir müddət küvəzdə saxlanılmışdılar.

Ərturqut Əliyev oğluna Ərtuqay, qızına isə Aynaz adı qoyub.

Xatırladaq ki, Elçibəyin oğlu Ərturqut Əliyev 2021-ci ildə atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə ailə həyatı qurub.

Elçibəyin əkiz nəvələrinin şəkli YAYILDI