Elçin Əmirbəyov İtaliya XİN müavini ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə İtaliya XİN-in “X” hesabında məlumat verilib.

“Görüşdə bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. İtaliya regionda prosesləri diqqətlə izləyir və dialoqu dəstəkləyir”, paylaşımda qeyd olunub.

Görüş noyabrın 3-də azərbaycanlı rəsminin İtaliyaya səfəri çərçivəsində baş tutub.

 

Gununsesi.info