
Prezident İlham Əliyev Elçin Əmirbəyovla bağlı Sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, Sərəncamla Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə E. Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.