
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov ÇSKA–“Young Boys” oyununa təyinat alıb.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının play-off mərhələsi cavab oyunları çərçivəsində avqustun 23-də, Moskva şəhərindəki ÇSKA Arenada keçiriləcək ÇSKA (Rusiya) – “Young Boys” (İsveçrə) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.
Anar
Gununsesi.info