Elçin Məmmədov partlayış yerinə getdi

Binəqədi rayonunda yerləşən mebel salonunda baş verən partlayışla bağlı zəruri istintaq tədbirləri davam edir.

Gununsesi.info xəbər verir ki, bu gün Baş prokurorun birinci müavini Elçin Məmmədov Baş prokuror Kamran Əliyevin tapşırığı ilə hadisə yerinə gedib.

Birinci müavin axtarış işləri ilə tanış olub, istintaq hərəkətləri ilə bağlı tapşırıqlar verib.

Qeyd edək ki, rəsmi məlumata görə, partlayış nəticəsində həlak olan 9 nəfərin cəsədi dağıntılar atından çıxarılıb. Hazırda axtarış davam etdirilir.

 

 

Gununsesi.info