
“Regionda tamamilə yeni bir mərhələ başlayır. Bütün kartlar açıq oynanılır”.
Gununsesi.info-nun məlumatına görə, bunu BAXCP rəsmisi Elçin Mirzəbəyli dilə gətirib. Onun sözlərinə görə, Türkiyə Milli Güvənlik Konseyi ən doğru olan qərarı qəbul etdi. “Silahlı Qüvvələr adı altında Türkiyəni xaosa sürükləmək istəyən xəyanətkarlarla mücadiləni sonunadək davam etdirmək və uğurla başa çatdırmaq üçün 3 aylıq fövqəladə vəziyyət elan olundu və bu şərəfli vəzifənin icrası qəhrəman Türk ordusunun şanlı əsgər və zabitlərinə həvalə edildi! Bu addım Türkiyə Silahlı Qüvvələrinin adı ilə manipulyasiya etmək, ordunu gözdən salmaq istəyənlərin arzusunu ürəyində qoyacaq. Türkiyə Silahlı Qüvvələri nəinki özünü, hətta bütün Türkiyəni xainlərdən təmizləmək missiyası ilə görəvləndirilib. Qəzanız mübarək olsun!”-deyə, o, sonra qeyd edib.
Gununsesi.info