Elçin Mirzəbəyli ƏHD Partiyasından xaric edilib - ÖZƏL

  • By admin
  • 13 Oktyabr 2025 11:44

Deputat Elçin Mirzəbəyli uzun illərdən bəri üzv olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasından xaric edilib.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə partiyanın Rəyasət Heyətində qərar qəbul olunub.

Partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev xəbəri Gununsesi.info-ya təsdiqləyib.

O, deyib: “Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik”.

 

Gununsesi.info