Elçin Mirzəbəyli: “Vaşinqton siyasi iradə nümayiş etdirməlidir”

  • By admin
  • 25 İyul 2016 16:37

elcin-mirzebeyli-realmedia.az0_

 

“Görkəmli “tvitterşünas” həmsədr Cems Uorlikin açıqlamasında ATƏT-in Monitorinq Qrupunun genişləndirilməsi, təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılması kimi mövcud status-kvonun qorunub saxlanılmasına xidmət edən köməkçi prinsiplərin önə çəkilərək qabardılması məqsədyönlü xarakter daşıyır və Vaşinqtonun münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirir”.

Gununsesi.info xəbər verir ki, bunu BAXCP rəsmisi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, həmsədrlər bir qayda olaraq öz bəyanatlarında “tərəflərin siyasi iradə nümayiş etdirməli olduqlarını” xüsusi olaraq vurğulayırlar.

“İndiki şəraitdə bu simasız tezisin həmsədrlərin özünə qaytarılmasına ehtiyac var. Yəni, həmsədrlər, o cümlədən rəsmi Vaşinqton siyasi iradə nümayiş etdirməlidir”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info