Elçin Qəmbərovun MTN generalına qarşı dələduzluğunun səbəbi bilindi

  • By admin
  • 13 Fevral 2023 14:57

Bir neçə ay əvvəl həbs edilən tanınmış vəkil Elçin Qəmbərovun cinayət işinin istintaqı yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Gununsesi.info-nun xəbərinə görə, Elçin Qəmbərova qarşı Cinayət Məcəlləsinin 178.4.3-cü maddəsi (Dələduzluq) ittihamı verilib.

Qeyd edək ki, vəkilin dələduzluq etdiyi şəxs hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdir.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Elçin Qəmbərova 300 min dolların verilməsinə səbəb həbsdə olan MTN generalının azadlığa buraxılması üçün verdiyi vəd olub.

Belə ki, Elçin Qəmbərov Mövlam Şıxəliyev barəsindəki həbs qətim-imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün .

Ancaq sonrakı proses bu vədin yalan olduğunu ortaya çıxarıb.

Məcbur qalan Şıxəliyev vəkildənhüquq-mühafizə orqanlarına şikayət edib.

Qeyd edək ki, Elçin Qəmbərovun həbsi barədə ilk xəbəri Gununsesi.info dərc etmişdi.

 

Elmar

Gununsesi.info