Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı - FOTO/ VİDEO

  • By admin
  • 01 Dekabr 2021 21:04

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.

Gununsesi.info xəbər verir ki, hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.

R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Rövşən əvvəllər “Space” və “Lider” Tv-də çalışıb.

Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.

Qeyd edək ki, Rövşən Cahangirov müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.

 

 

Gununsesi.info