Elçin Rüstəmli onlardan yazdı

  • By admin
  • 24 İyun 2020 15:07

 

Tanınmış jurnalist Elçin Rüstəmli Azərbaycanın Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin və “Azadlıq” qəzetinin mərhum baş redaktoru Nəcəf Nəcəfovun doğum günündə onlar haqqında yazıb.

Gununsesi.org jurnalistin qeydlərini təqdim edir:

Bu gün Azərbaycan tarxinin iki mislisiz şəxsiyyəti – mərhum Əbülfəz Elçibəyin və mərhum Nəcəf Nəcəfovun doğum günüdür. Rəhmətlə, minnətdarlıqla, sevgi ilə anırıq.
Əbülfəz bəyin apardığı milli azadlıq mücadiləsi, qurduğu dövlət sistemi, örnək qoyduğu siyasi mədəniyyət, habelə fədakarlıq, paklıq nümunəsi bu gün Azərbaycan xalqının milli sərvətinə çevrilib. Uzun illərin ən çətin məqamlarında ümid işığı məhz aparılan bu coşğulu, fədakarlıqla dolu mübarizələrə görə sönməyib…
Müstəqil, azad mediamızın memarı olan rəhmətlik Nəcəf bəyin qurduğu məktəb bütün çətinliklərə rəğmən bu gün də Azərbaycan jurnalistikasının üzünü ağardır, onu ən ağır məqamlarda belə istinad nöqtəsinə çevirib. Bütün çabalar, milyonlar bu qığılcımı söndürə bilmədi və bu gün çağdaş dünyamızda texnologiyanın inkişafı ilə yenidən şölələnməyə, daha gur yanmağa başlayıb.

Elçin Rüstəmli