
Azərbaycanın tanınmış vəkili Elçin Sadıqov Vəkillər Kollegiyasından kənarlaşdırılır.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, tanınmış vəkil barəsində jurnalist Eynulla Fətullayevin şikayəti ilə intizam icraatı başlanılıb.
Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Elçin Sadıqovun qurumdan kənarlaşdırılması ilə bağlı məhkəməyə göndərilməsi barədə qərar verilib.
Qeyd edək ki, Elçin Sadıqov Azərbaycanda daha çox həbsdə olan ictimai-siyasi fəalların, jurnalistlərin müdafiəçisi kimi tanınır.
Elçin Sadıqov isə barəsindəki qərarı belə dəyərləndirib:
Mənimlə bağlı siyasi qərar qəbul edilib. Bu qərardan mətbuat vasitəsilə məlumat almışam. Bu qərarı siyasi hesab edirəm və son vaxtlar insanları işgəncədən qurtardığıma görədir.
Əslində, düşünürdüm ki, intizam icraatı həvalə edilən vəkil İsmayıl Kəngərli özü-özünə etiraz edəcək. Axı o, Eynullanın dostudur. Ümid edirəm ki, VKRH bu işə yenidən mənim iştirakımla baxacaq.
Hələlik Sizləri qanunsuz həbsdən və işgəncədən qorumaq imkanlarından məhrum edildim.
Elmar
Gununsesi.info