Eldəniz Quliyev Gözəl Bayramlının cinayət işi ilə bağlı dindirilib

  • By admin
  • 19 İyun 2017 17:36

eldeniz

İyunun 19-da Ziyalılar Hərəkatının sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Eldəniz Quliyev sosial şəbəkədəki səhifəsində bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işi ilə bağlı dindirilib.

Xatırladaq ki, AXCP sədrinin müavini G.Bayramlı 2017-ci il mayın 25-də axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da isə Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Gülnaz Qənbərli

Gununsesi.info