Eldar Əzizov AXCP-yə “yox” dedi

  • By admin
  • 19 İyul 2023 09:51

“Qurultayımızdan sonra Partiyamızın Ali Məclisin iclası keçirilməlidir və seçkili orqanlar formalaşdırılmalıdır. Ancaq qurultaydan keçən müddət ərzində biz Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib müvafiq yer istəsək də nəhayət, “yox” cavabını aldıq”.

Bunu Gununsesi.info-ya açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib.

Onun sözlərinə görə, sessiyada partiyanın Ali Məclisin sədri və Rəyasət Heyəti formalaşdırmalıdırlar:

“Baxmayaraq ki, bizə qurultaydan əvvəl bizə qapalı məkan ayrılmışdı sonra qurultay keçirmək üçün yer ayrıldı. Ancaq indi Bakı şəhər İcra Hakimiyyəti bildirir ki, belə bir qapalı məkan olmadığından bizə yer verə bilmirlər. Ona görə də Ali Məclis sessiyasının nə zanan keçirilməsi qeyri-müəyyən olaraq qalır”.

Gununsesi.info