Eldar Əzizov Rusiya səfirliyinin qarşısında piketə icazə vermədi - QUBAD İBADOĞLU İSƏ DEYİR Kİ...

  • By admin
  • 08 Aprel 2022 19:01

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının piketlə bağlı məlumatlandırma məktubuna cavab verib.

Gununsesi.info-nun xəbərinə görə, Bakı şəhər icra hakimiyyətinin başçısının aparatının blankında verilmiş cavabda  epidemoloji vəziyyət əsas gətirilərək piketiin keçirilməsini məqsədəuyğun hesab edilmədiyi yazılıb.

Partiyanın sədri Qubad İbadoğlu isə bu cavabı absurd adlandırıb:

“Necə ola bilər ki, qapalı yerlərdə 300 nəfərlik toya və digər mərasimlərə icazə verilir, amma açıq havada 50 nəfərlik piketə epidemoloji vəziyyəti əsas gostərərək etiraz edilir?
Bununla ADR Partiyası olaraq toyların və yas mərasimlərin keçirilməsi əleyhinə deyilik.
Məlumat üçün onu da qeyd edim ki, ölkədə epidemoloji vəziyyət də normallaşıb. Diqqət edin, Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 8-də açıqladığı məlumata görə, Azərbaycanda 22 nəfər COVID-19 infeksiyasına yoluxub, 48 nəfər müalicə olunaraq sağalıb və bu gün koronavirus infeksiyasından ölüm halı qeydə alınmayıb.
Baxın görün necə mənasız hakimiyyətimzi vardır, Qarabağda rus sülməramlıları mövqeyini yaxşılaşdırdığı, Ukraynada rus qoşunları dinc əhaliyə qarşı kütləvi qətllər törətdiyi zamanda Rusiya səfirliyi qarşısında piketə icazə verməyə cəsarəti çatmır”.

 

Gülnar Məmmədli

Gununsesi.info