Eldar Əzizov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

  • By admin
  • 22 İyun 2017 15:10

eldar-ezizov_yeni

Azərbaycan Prezidenti İlham Əliyev Eldar Əziz oğlu Əzizovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Gununsesi.info-nun məlumatına görə, Eldar Əzizov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Qeyd edək ki, Eldar Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısıdır. O, 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. İyunun 28-də E.Əzizovun 60 yaşı tamam olur.

Gununsesi.info