Eldar Əzizov Şəhidlər xiyabanında - FOTOLAR

  • By admin
  • 19 Yanvar 2023 12:03

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı meri xiyabanda görülmüş işlərlə tanış olub.

Qeyd edək ki, xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunublar. Artıq hazırlıq işləri baça çatıb.

BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-si xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.



Gununsesi.info