Eldar Əzizov təqaüddə olan generala VƏZİFƏ VERDİ

  • By admin
  • 20 Sentyabr 2021 14:39

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə polis general-mayoru Sahib Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müşaviri təyin olunub.

Qeyd edək ki, polis general-mayoru Sahib Mirzəyev bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi olub. O, ötən ilin iyulunda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Gununsesi.info