Eldar Həsənov Cəzaçəkmə Müəssisəsinə köçürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlığdan məhrum edilən Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənov Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Qeyd edək ki, Eldar Həsənovun apellyasiya şikayəti təmin olunmadığından onun barəsində çıxarılmış məhkəmə hökmü qanunu qüvvəyə minib. Sabiq baş prokurorun hüquq mühafizə orqanları əməkdaşlarının saxlanıldığı 9 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü deyilir.

HTML tutorial

Gununsesi.info