Eldar Həsənov yenidən hospitala aparıldı - TƏCRİDXANADA HUŞUNU İTİRDİ

  • By admin
  • 02 Avqust 2021 15:56

“31 iyul 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında hüquqlarını müdafiə etdiyim Eldar Həsənov istintaq hərəkəti zamanı növbəti başgicələnməsi baş tutdu və yerə yıxıldı. Şənbə və bazar günü təcridxanada tibb personalı olmadığından ona dərhal yardım göstərilə bilmədi. Hər bir növbəti yıxılma sonuncu ola bilər. Bu gün Eldar Həsənov yenidən DTX-nın Hərbi Hospitalına köçürüldü”.

Gununsesi.info xəbər verir ki, bunu həbsdə olan sabiq səfirin vəkili Cavad Cavadov bildirib.

HTML tutorial

Vəkilin sözlərinə görə, onda aşkar olunan paroksizmal pozision vertiqo-nun əslində müalicəsi yoxdur:

“Profilaktikası vardır və həbs şəraitində bu mümkün deyil. Ömürlük xəstəlikdir, daimi başgicələnmələr olacaq. Bu xəstəlik həbsdə olduğu müddətdə yaranıbdır. Eldar Həsənovun yaşının 66 olmasını nəzərə alaraq Baş Prokurordan xahiş edirəm onun həbs qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ev dustaqlığına buraxılması üçün təcili məhkəməyə təqdimat verəsin. Sonra gec ola bilər”.

 

Gununsesi.info