Eldar Həsənov: “Baş verənlər bir anlaşılmazlıqdır” - HƏBSDƏKİ SABİQ BAŞ PROKURORDAN İLK AÇIQLAMA GƏLDİ

  • By admin
  • 17 Avqust 2021 09:07

Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bununla bağlı Baş prokurorluğun eln etdiyi ittiham aktında Eldar Həsənovun 17 milyon büdcə vəsaitini mənimsədiyi bildirilir.

Prokurorluğun bəyanat ilə bağlı Eldar Həsənovun açıqlaması yayılıb.

Gununsesi.info bildirir ki, Eldar Həsənov bu günə qədər istintaqa hər hansı bir ifadə verməyib:

”13 avqust 2020-ci il tarixdə saxlanılmanövbəti günü Bakı şəhər Səbail rayon məhkəməsində ilk və sonuncu dəfə ifadə vermişəm. Baş verənlər bir anlaşılmazlıqdı, aparılan cinayət işi ilə bağlı bütün məsələlərin ölkə daxilində, hüquqi müstəvidə, obyektiv və ədalətli araşdırılmasına ümid edirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədalətinə inanıram.

Həbsimin və verilən ittihamların qanunsuz, əsassız, qərəzli və sifarişli olmasına etiraz olaraq bü günə qədər ifadə verməmişəm.
Prokurorluğunun mətbuata verdiyi qərəzli məlumatla bağlı ilk dəfə olaraq bildirirəm ki, həbsimin əsl səbəbi qətiyyən həmin məlumatda göstərilənlər deyil. Həbsimin həqiqi səbəbi əslində güya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olmuşdur”.

Gununsesi.info