Eldar İbrahimov: “Bu, ərzaq təhlükəsizliyinin təmin edilməsinə böyük zərbədir”

  • By admin
  • 15 Sentyabr 2016 16:41

eldar-1

14 il bundan əvvəl -2003-cü ilin fevral ayının 1-də Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması haqqında Milli Məclisdə qaldırdığım məsələ Konstitusiyaya təklif olunan dəyişikliklərdə öz əksini tapıb. Təklif olunan dəyişikliklər və əlavələrə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi və siyasi islahatların davamlılığını, qəbul olunmuş qərarların operativ və tam həcmdə icrasını təmin etmək üçün optimal idarəçilik mexanizmi kimi düşünülüb. Bu yeni təsisat dövlət idarəçiliyini pezidentin həyata keçirdiyi islahatlara sütətlə uyğunlaşdırmaq zərurətindən irəli gəlib. Dəyişikliklərin mühüm hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır“.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib. Onun sözlərinə görə, Konstitusiyada müxtəlif vəzifələrə seçilmək hüququnun məhdudlaşdırılmasına dair hazırda mövcud olan yaş senzinin aradan qaldırılması haqqında referendum aktında nəzərdə tutulan dəyişiklikləri  də çox dəyərli və lazımlı təkliflər  hesab edir. Komitə sədri deyib ki, bu onunla əlaqədardır ki, hazırkı Azərbaycan gəncləri öz intellekt səviyyəsinə, dünyagörüşünə, idarəetmə qabiliyyətinə və digər xüsusiyyətlərinə görə 20-25 il bundan qabaqkı gənclərdən xeyli fərqlənir və üstünlüyü ilə seçilir.

Nəzərdə tutulan bu dəyişiklik   gənclərin sosial-iqtisadi sahədə olduğu kimi ictimai-siyasi  sahədə də daha aktiv iştirakına şərait yaradacaq, demokratiyanın inkişafına təkan verməklə hər bir vətəndaşın öz hüquqlarından tam və geniş istifadə etməsinə imkan verəcək. Yəni, seçmək hüququ olan 18 yaşlı gənc  həm də seçmək hüququ əldə edir“-deyən YAP rəsmisi onu da əlavə edib ki,  xüsusi mülkiyyətə verilmiş torpaqların bir hissəsi- təxminən 200 min hektar əkin sahəsi uzun müddətdir ki, istifadəsiz saxlanılır.

“Bu da ərzaq təhlükəsizliyinin təmin edilməsinə böyük zərbədir və dövlətimizin öz öhdəliyini yerinə yetirməsində böyük əngəl törədir. Bununla əlaqədar Vergi Məcəlləsinə (hər hektar becərilməyən sahəyə görə 100 manat vergi), Cinayət Məcəlləsinə (188-ci maddə,  azadlıqdan məhrumetmə) və digər normativ hüquqi aktlara dəyişikliklər edilmişdir. Lakin  Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin toxunulmazlığının təsbit olunması, Torpaq Məcəlləsində təyinatına uyğun istifadə olunmayan torpaqların geri alınmasının  xüsusi mülkiyyətə aid edilməməsi bəzi mülkiyyətçilərdə bu məsələyə dair arxayınçılıq və biganəlik yaratmışdır. Bununla əlaqədar Konstitusiyanın 29-cu maddəsinə “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur” və “Sosial ədalət  və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” məzmununda iki hissə əlavə edilməsi təklif olunur. Bu dəyişikliyin mahiyyəti odur ki, əgər kimsə mülkiyyətindən, o cümlədən torpaqdan cəmiyyətin məqsədləri üçün istifadə etmirsə, və ya ondan qanunvericiliyə uyğun başqalarının istifadəsinə şərait yaratmırsa , dövlət həmin mülkiyyəti əvəzini ödəmək şərtilə özgəninkiləşdirə bilər. Bu da insan hüquqlarına ziddiyyət təşkil etmir və dövlətin ali məqsədinə çatmasına imkan yaradır”-deyə, E. İbrahimov daha sonra qeyd edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az