Eldar Mahmudov Əli Nağıyevə belə təzim etdi -VİDEO

“Şəhid Milli Qəhrəman Riyad Əhmədovun dəfnində keçmiş MTN rəhbəri Eldar Mahmudovla DTX rəisi Əli Nağıyev üz-üzə gəldi.

Bu o Eldar Mahmudovdur ki, nazir olduğu dövrdə Nağıyev qardaşlarına, qohumlarına qarşı eləmədiyi pislik qalmamışdı”.

Gununsesi.info-nun xəbərinə görə jurnalist Pərviz Həşimli sosial şəbəkə hesabında yazıb.

Jurnalist daha sonra qeyd edib:

“Dəfndə Əli Nağıyev Azərbaycan bayrağını Riyad Əhmədovun xanımına (Mahmudovun bacısına) təqdim etdi.

Mahmudov da əlini ürəyinin üstünə qoyub, təzim elədi”.

 

Gununsesi.info